Bu gün:

3 aylıq körpə nə yeyir?


Körpələrin inkişafının hər bir detalı analar tərəfindən yaxından izlənilir. Analar hər ay körpələrinin inkişafını tək-tək araşdırarkən, axtarış sistemlərində körpəsinin ayına görə də axtarış aparırlar. Xüsusilə 3 aylıq körpələr, hər iki əlini birləşdirib səs çıxara bilər. Başını yavaş-yavaş dik tutmağa çalışa bilər. Bir obyekti görüb onu tutmağa cəhd edə bilərlər. Səslərə və görüntülərə reaksiya verə bilərlər. Körpələr üçün ən əhəmiyyətli inkişaf prosesi qidalanmadır. Həkimin tövsiyələrinə görə, ilk altı aya qədər körpələri ana südü ilə qidalandırmağı sağlam hesab edirlər. Ancaq altıncı aydan sonra əlavə qidaya keçid başlayır. Bəzi hallarda ana südü çatmayanda, həkim altı aydan əvvəl tövsiyə edərsə, əlavə qidaya başlana bilər. Bəs 3 aylıq körpənin qidalanma cədvəli necədir?


3 aylıq körpənin inkişafı

3 aylıq olanda körpə başını dik tutmağa başlayır. Başını idarə edə bilir. O, meylli yatarkən gövdəsini yuxarı qaldırmağa çalışa bilər.

2 aylıqkən maraqlandığı şeylər 3 aylıqda da davam edir.

O, getdikcə daha çox maraqlanır və səslərə, şəkillərə cavab verir.

 Əllərini tərpətməyə davam edir.

O, oyuncağı əlində tuta bilir və onu yoxlamağa başlayır.

Toxunma hissi inkişaf edə bilər.

O, gözləri ilə izlədiyi obyektləri indi başını çevirərək izləyə bilir.

Özü ilə danışmağa çalışa bilər.

O, yüksək səslə gülməyə başlaya bilər.

Müxtəlif rənglər, səslər və şəkillərlə maraqlanır.

Hərəkət etməyə çalışır.

Hər reaksiyaya cavab verməyə çalışır.

Əlaqə saxlamaq istəyir.

3 aylıq körpələr ana südü ilə qidalanmağa davam edir.

O, yavaş-yavaş bədənini dik tutmağa çalışır.

Əllərinə diqqət yetirir.

Valideynlərini tanımağa çalışır.

İnsanları güldürə bilər.


3 aylıq körpənin qidalanma cədvəli

Körpələr üçüncü ayda ana südü ilə qidalanmalıdırlar. Əgər ana südü kifayət etmirsə, həkimə müraciət edilməli və vəziyyətdən asılı olaraq əlavə qidaya başlanılmalıdır.

Südün miqdarı və tərkibindəki qidalar ananın qidalanması ilə düzmütənasibdir. Bu səbəbdən stress, siqaret, spirtli içki və bu kimi zərərli vərdişlərdən uzaq olmaq lazımdır ki, həm körpə, həm də ana sağlam olsun.

Bol maye qəbulu davam etdirilməlidir.

Analar ana südünü artıracaq qidalar qəbul etməlidirlər.

Körpənin əmməsi südün artımını təmin etdiyi üçün, xüsusilə, ilk aylarda əmizdirmə çox vacibdir.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et