Bu gün:

“Əvvəlki illərin ballarını nəzərə alaraq seçim edilməlidir“



24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi təhsil eksperti Qoşqar Məhərrəmovdur. O, ixtisas seçimi haqda danışıb.


-Bir neçə gündən sonra ali məktəblərə ixtisas seçimi başlayır. Sizcə, düzgün ixtisas seçimi necə edilməlidir, nələrə diqqət yetirilməlidir?


-Şagird gərək 9-cu sinifdə, 10-cu sinifdə ixtisas seçimini müəyyən etsin. Şagird müxtəlif ixtisasları, peşələri, özünü tanıyaraq valideynləri ilə birgə ixtisas seçimini əvvəldən müəyyən etməlidir. İstədiyi peşəyə görə də universitet, ixtisas seçimi etməlidir. Amma ölkəmizin reallığı budur ki, şagirdlər bir qrup seçir, bal toplayır, o bal hara düşsə, ora gedir, oxuyur. Bu, əlbəttə ki, insanların bir çoxunun istədikləri ixtisasa gedə bilməməklərinə nəticə verir. Mən düşünürəm ki, bunu, ümumiyətlə, köklü şəkildə dəyişdirmək lazımdır. Fakültəyə müraciət edilməlidir, universitet, fakültə kadrları universitet rəhbərliyi ilə birgə öz tələbələrini özləri seçə bilməlidir. Belə olduqda insanlar daha şüurlu, rasional seçimlər edə bilərlər. Hazırkı vəziyyətdə, mövcud reallığa uyğun olaraq ixtisas seçimi zamanı şagirdin balını, həmçinin əvvəlki illərin ballarını nəzərə alaraq seçim edilməlidir. Universitetdə oxuyan bir tələbə sosial mühit qazanmış olur, universitet mühitini görmüş olur. Amma əmək bazarının tələblərinə cavab vermək üçün o özünün İkt bacarıqlarını inkişaf etdirməlidir, ingilis dilini daha yaxşı öyrənməlidir və çalışmalıdır ki, bəlkə də bakalavr dönəmində arzulayıb girə bilmədiyi ixtisasa magistraturada yiyələnsin, o sahəyə yönəlsin. Yaxud da ola bilər ki, bakalavrda ixtisasını sevib gəlsin, amma sonradan istəməsin, bu zaman da magistraturada başqa ixtisasa yönələ bilər. Çünki insan əgər istədiyi peşə ilə məşğul olmursa, həyatda çox xoşbəxt ola bilmir, işində də çox uğurlu ola bilmir. Ümumiyətlə, ixtisaslar arasında keçidlər sürətlə asanlaşır. Ona görə də heç vaxt, heç vaxt deməmək lazımdır. Yəni hər zaman dəyişikliklərə hazır olmaq lazımdır, yenilikləri öyrənmək lazımdır.


Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et