24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi Azərbaycanlı qadın şahmatçı, qrossmeyster Gövhər Beydullayevadır. O, qələbə sevincini bizimlə paylaşıb.

- Yarış hansı çətinliklərlə yadınızda qaldı?
Bildiyiniz kimi, Bakıda 29 iyuldan avqustun 25-nə kimi Dünya Kuboku keçiriləcək. Bu Dünya Çempionatından sonra, demək olar ki, ən güclü 2-ci yarışdır. Bizdən 13 kişi, 5 qadın şahmatçı yarışda mübarizə aparır. Arzu edirəm ki, hər biri uğurla çıxış edərlər. Mən ilk turda qalib oldum. Rəqibim Serbiyalı şahmatçı Qarçin Marinna idi. Çox güclü şahmatçı idi, Serbiya milli yığmasının üzvü və qrossmeyster idi. 2 oyunda da qalib gələrək növbəti mərhələyə keçməyə nail oldum. Oyun çox gərgin keçdi. Hər 2 oyunda da sonda rəqibimi üstələməyi bacardım.
24media.az qeyd edir ki, Dünya Kubokunda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Bütün partiyalar rəsmi saytla yayımlanaraq Azərbaycan və ingilis dilində şərh olunacaq. Dünya Kubokunun partiyalarını Azərbaycan dilində əməkdar məşqçi Anar Allahverdiyev, ingilis dilində isə dünya çempionu Vişvanatan Anand, İndoneziya şahmatçısı İrene Sukandar, hindistanlı beynəlxalq usta Saqar Şah tərəfindən təqdim ediləcək.
Aytən Nazim
