Burun sümükləri qırmadan da formalaşdırıla bilər. Yeni nəsil texnoloji imkanlardan istifadə edilərək tətbiq edilən Piezo metodunda yumşaq toxumalar, sinirlər və damarlar zədələnmədiyi üçün sağalma prosesi daha sürətli tamamlanır. Üsulun detallarını, rinoplastika mütəxəssisi Op. Dr.Burak Olgun izah etdi.
Rinoplastikada yeni trend – Piezo üsulu. Bu üsulun rahat bir əməliyyat prosesi təmin etdiyini ifadə edən rinoplastika mütəxəssisi Op. Dr. Burak Olgün əməliyyat haqqında maraqlı olanları danışıb: "Piezo əslində burun formalaşdırmaqda istifadə etdiyimiz yeni nəsil cihazın adıdır. Bu cihazla etdiyimiz prosesə "Piezo metodu" deyirik. Metod ultrasəs dalğalarına əsaslanır. Piezo cihazı səs dalğalarının titrəməsi ilə burnu formalaşdırır. Burun sümüyünün çəp nahiyəsində qırıqlar meydana gəlmədiyindən çəkiclə qırılmadığı üçün nəzarətsiz qırıqlar yaranmır".
Sümük ətrafındakı toxumalara zərər verilmir
Dr. Burak Olgun son illərdə çox məşhurlaşan Piezo metodunun üstünlüklərini belə izah edib: "Üsulun ən böyük üstünlüyü sümük kəsilərkən ətrafdakı əzələlərin, sinirlərin, qığırdaqların, selikli qişaların və yumşaq toxumaların zədələnməməsidir. Buna görə də əməliyyatdan sonra ödem, şişlik, qanaxma kimi hallar daha az olur. Piezo həm əməliyyatın vaxtını qısaldır, həm də həkimin daha idarə olunan şəkildə burun formalaşdırmasına kömək edir. Sağalma müddəti də daha sürətli olur".
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Məryəm Məmmədova
