Bu gün:

Yaxşı qidalanma ilə selülitə meydan oxuyun


 Selülitlə mübarizədə ən yaxşı silah düzgün qidalanmadır.  Bol su içib, yaxşı qidalanaraq portağal qabığına bənzəyən selülitlə mübarizə apara bilərsiniz.  7 addımda selülitdən qurtulmağın reseptini təqdim edirik:


Bağcılar Şafak Xəstəxanasından dietoloq Melissa Uruçay selülitdən qurtulmağın yolunun yaxşı qidalanmadan keçdiyini ifadə edərək: "Selülit estrogen hormonunun təsiri ilə meydana gəlir. Bu səbəbdən qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Qan dövranının pisləşməsi ilə toxumalar qidalana bilməz və beləliklə dəri də elastikliyini itirər",– deyib. Dietoloq Uruçay selülitə səbəb olan faktorları belə sıralayıb: “Çəkinin tez-tez dəyişməsi, kofeinli içkilərin həddindən artıq istifadəsi, balanssız qidalanma və hərəkətsizlik kimi faktorlar selülitin əmələ gəlməsini artırır”.


 7 addımda selülitə qalib gəlin:

Dietoloq Uruçay selülitdən xilas olmaq üçün 7 təklif irəli sürüb.

 Həmin təklifləri təqdim edirik:

1. Bol su için.

Metabolizmanızın yaxşı işləməsi, bədəndən toksinlərin çıxarılması və dərinin elastik olması üçün hər gün orta hesabla 2 litr su içməlisiniz. Hər gün içməli olduğunuz suyun miqdarını əldə etmək üçün cari çəkini 30 ml-ə vura bilərsiniz. 

 2. Dəri sağlamlığı üçün OMEQA-3 mənbələrini istifadə edin.

Omeqa-3 mənbələri qan dövranına müsbət təsir göstərir. Həftədə 2-3 gün qızardılmış və ya sobada bişmiş balıq istifadə etməlisiniz. Bundan əlavə, semizotu, qoz, kətan toxumu kimi qidalar da Omeqa 3 mənbəyidir.

 3. E və C vitaminləri yüksək olan qidalar istifadə edin.

E və C vitaminləri antioksidan xüsusiyyətlərə malikdir. Bədəndə kollagen istehsalını dəstəkləyir və dəridə çuxurların yaranmasının qarşısını alır. Çiyələk, yaşıl bibər, brokoli, ispanaq, pomidor, badam, fındıq, qoz kimi qidalar C və E vitaminləri ilə zəngin qidalar arasındadır.

 4. Ödemi dəstəkləyin.

Ananas, cəfəri, albalı sapı, qarğıdalı saçağı, yaşıl çay kimi qidalar orqanizmdə yığılan yağları parçalamağa kömək edir. Bu yolla selülitin görünüşünü azaldırlar.  Orqanizminizi toksinlərdən təmizləmək üçün bu qidalar hər gün pəhrizinizə daxil edilməlidir.

 5. Həddindən artıq duz istifadəsindən çəkinin. 

Bundan əlavə, artıq duz bədəndə suyu saxlayır və bu da ödemə səbəb olur.  Buna görə həddindən artıq duz istifadəsindən qaçmalısınız. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, gündəlik duz istifadəniz 5 qramdan çox olmamalıdır.

6. Daimi məşq selülit düşmənidir.

Selülitləri azaltmaq üçün mütləq aktiv olmalısınız. İdmanla əzələləri gücləndirmək həm qan dövranını sürətləndirir, həm də yağ toxumalarını kiçildərək bədən daha da sıxlaşır. Hər gün ən azı 30 dəqiqə idman edin.

 7. Yetəcək qədər və balanslı yeyin.

Kifayət qədər və balanslı qidalanmaqla xəyal etdiyiniz görünüşə nail olmaq mümkündür. Ehtiyacdan artıq qəbul edilən bütün qidalar bədəndə yağa çevrilir. Yağ artımı bir çox sağlamlıq problemi ilə yanaşı, selülit kimi estetik problemləri də əmələ gətirir. Bu səbəblə bir dietoloqun nəzarəti altında ideal çəkiyə çatmağınızı tövsiyə edirik.


Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova 

Paylaş
Şərh əlavə et