
Yer kürəsinin 2/3 hissəsini okean və dənizlər tutur. Bildiyimiz kimi dənizin insana xeyri çoxdur və bir çox xəstəliklərin müalicəsidir. Eni və uzunluğu bilinməyən dənizlər sirlərlə doludur.
Dəniz suyu çox yaxından şəffaf görünür və uzaqdan mavi tonlarını özündə əks etdirir. Əsasən dəniz suyunun rəngi su molekullarının işığı udması ilə bağlıdır. Ağ işıq kimi bilinən Günəş işığı bütün rənglərin yaranmasına ehtiva edir. Dəniz suyu molekulları atmosferdə olduğu kimi işıq saçan zaman qırmızı olanları udur və bənövşəyi olanları əks etdirir. Dənizin rəngi bəzi vəziyyətlərə görə dəyişir. Dənizi bəzən mavi, bəzən yaşıl, bəzən də firuzəyi rənglərdə görmək mümkündür. Məlum olduğu kimi dəniz suyu rəngsizdir. Suyun mavi rəngli görünməsi də işıq tezliklərindən və təbəqənin dərinliyindən asılı olaraq dəyişir. Ona görə də dəniz bəzi yerlərdə yaşıl və ya başqa rəngdə görünür.
Mənbə:okuhaber
Tərcümə etdi:Tərlanə Abdullayeva
