Bu gün:

Ürək dumanlığı nədir?


Şəkildəki IC 1805 insan ürəyinin formasına bənzədiyinə görə Ürək Dumanlığı kimi tanınır.

İnsan ürəyinin formasına bənzədiyinə görə "Ürək Dumanlığı" kimi tanınan IC 1805 Hubble Kosmik Teleskopu tərəfindən çəkilmiş bu fotoşəkildə görünür. Yerdən təxminən 7500 işıq ili uzaqlıqda olan dumanlıq səmada Kassiopiya bürcündə yerləşir.

IC 1805 mühüm ulduz istehsalı "fabriki"dir, yeni ulduzların əmələ gəldiyi bölgələri sıx şəkildə ehtiva edən dumanlıqdır. Ürək Dumanlığının mərkəzində Melotte 15 adlı açıq ulduz çoxluğu var. Açıq ulduz qrupları eyni dumanlıq daxilində əmələ gələn, lakin bir-birinə zəif cazibə qüvvəsi ilə bağlı olan ulduz qruplarıdır.

Astronomik miqyasda bir neçə milyon il yaşı olan ulduz dəstəsindəki ulduzlar dumanlığı təşkil edən toz və qazı işıqlandırır. Ulduzlardan gələn radiasiya və yüksək enerjili hissəciklər dumanlığı təşkil edən toz və qazı formalaşdırır və IC 1805-ə özünəməxsus formasını verir.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et