Bu gün:

“Taksometrin quraşdırılması taksi xidmətində bahalaşmaya səbəb olacaq”


24media.az-ın " 1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi nəqliyyat eksperti İlqar Hüseynlidir. O, avtomobillərə quraşdırılacaq taksometr haqqında danışıb.

-Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə taksometr quraşdırılacaq. Bu qərarı necə qiymətləndirirsiniz?

- Azərbaycanda onlarla yerli şirkət və Uber, Bolt, Yandex kimi taksi şirkətləri fəaliyyət göstərir. Bu birbaşa sahibkarlıq subyekti olduğu üçün taksometrin quraşdırılması taksi xidmətində bahalaşmaya səbəb olacaq. Ümumilikdə, sərnişin vasitələrinin, avtobusların keyfiyyətsiz xidməti, metrolardakı sıxlıq və digər diskomfortluq insanları daha çox bu xidmətdən yararlanmağa sövq edirdi. Biz hələ bilmirik taksometrlər quraşdırıldıqdan sonra kilometrə görə tarifləri kim müəyyənləşdirəcək. Şirkətlərin özləri mi? Hər bir şirkət ayrı-ayrı mı? Mən düşünürəm ki, əgər vahid tarif qiymətləri olacaqsa, sahibkarlıq subyektlərinin fəaliyyətinə qarşı ziddiyət olacaq. Burda artıq inhisarlaşma məsələsi yaranacaq. Daha çox yaxşı xidmət göstərən, nəqilyyat vasitəsi təzə olan şirkətlərə üstünlük veriləcək. Bu gün 67-68 minə yaxın taksi xidmət göstərir. Demək olar ki, taksi şirkətləri işə götürənlərin xeyli hissəsinin yükünü öz üzərinə götürüb. Buna görə də əmək bazarında çox ciddi problemlər yaşanması müşahidə oluna bilər. Qanunvericilikdə ikinci alternativ ödəmə qaydalarıda tətbiq olunacaq və müəyyən beynəlxalq statuslu fəaliyyət göstərən şirkətlər məsafəyə görə qiymətin dəyərin deyəcəklər. Burda da ziddiyyətli sual yaranır. Həmin şirkətlər də öz tariflərini öz bildikləri kimi  müəyyənləşdirəcəklər? Yoxsa tarif şurasının müəyyənləşdiyi qiymətə görə? Əgər şirkət özü taksometri quraşdırıb, öz istədiyi qiyməti tənzimləyəcəksə, onda mən düşünürəm ki, əksinə taksometrin quraşdırılması sərnişinlərlə sürücülər arasında xeyli mübahisəli məsələləri aradan qaldırmalı olacaq. Dünyanın çox ölkəsində taksometrlər tətbiq olunur. Türkiyə, Belçika, Almaniyada artıq  taksometrlər quraşdırılıb. Orada sürücülər yüksək əmək haqqı alırlar.

Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et