Hollivud aktyorları 43 ildən sonra ilk dəfə tətil elan edərək Amerika kino və televiziya sənayesini durğunluğa gətirib çıxardı. Bu tətildə süni intellektin təsiri ilə bağlı narahatlıqlar da rol oynayıb.
Tətil ABŞ Aktyorlar Birliyinin (SAG-AFTRA) üzvlərini süni intellektdən daha yaxşı qoruyacaq razılığa gələ bilməməsindən sonra baş verib.
Birlik xəbərdarlıq edib ki, “süni intellekt yaradıcı peşələr üçün ekzistensial təhlükə yaradır”.
Hazırda filmlərdə süni intellektdən istifadə edilir və səs aktyorlarının süni intellekt tərəfindən yaradılan işlərlə əvəz olunduğu nümunələr var. Bunlar daha çox sintez edilmiş səslərdə və dərin saxtakarlıq və gəncləşdirmə (de-ageing) kimi vizual effektlərdə istifadə olunur.
Mənbə: BBC NEWS TÜRKÇE
Tərcümə etdi: Məryəm Məmmədova
