ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin ləğv etdiyi tarifləri əvəz etmək məqsədilə yeni 10 faizlik qlobal rüsum tətbiq edib. O, məhkəmənin qərarını "dəhşətli" adlandırıb və ticarət siyasətini rədd edən hakimləri "sarsaqlar" kimi qiymətləndirib.

Prezident bu planı məhkəmənin Ağ Evin keçən il açıqladığı qlobal tariflərin əksəriyyətini qanunsuz elan etməsindən dərhal sonra açıqlayıb. 6-3 səs çoxluğu ilə qəbul edilən qərarda, məhkəmə prezidentin səlahiyyətlərini aşdığı qənaətinə gəlib.
Bu qərar rüsumlara etiraz edən bizneslər və ABŞ ştatları üçün böyük qələbə sayılır. Qərar potensial olaraq milyardlarla dollar həcmində tarif geri ödəmələrinin yolunu açmaqla yanaşı, qlobal ticarət mənzərəsinə yeni qeyri-müəyyənlik də gətirir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
