ABŞ Prezidenti Donald Tramp administrasiyanın qlobal tariflərini ləğv edərək ona ikinci prezidentlik müddətində ən böyük zərbələrdən birini vuran altı Ali Məhkəmə hakiminə qarşı qeyri-adi dərəcədə şəxsi iradlar bildirib.
Məhkəmənin cümə günü verdiyi qərar dərin məyusluq doğurur. Tramp çoxluğun rəyinə qoşulan hakimlərin "mütləq utanmalı olduqlarını" və "düzgün olanı etmək" üçün cəsarətlərinin çatmadığını deyərək öz cavabını hökumətin bərabərhüquqlu bir qoluna qarşı genişmiqyaslı hücuma çevirib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
