Bu gün:

İngiltərə hökuməti Endryunu krallıq taxtından çıxarmağı planlayır


İngiltərə hökuməti Endryu Mountbatten-Vindsorun krallıq taxtı varisləri siyahısından çıxarılması üçün qanun layihəsi hazırlamağı nəzərdən keçirir.

BBC-dən verilən məlumata görə, qərar polis araşdırması başa çatdıqdan sonra verilməsi planlaşdırılır və Endryunun kral olmasının qarşısını alacaq.

Kral Çarls III-ün qardaşı olan Endryu, Ceffri Epşteyn ilə əlaqələrinə görə ötən oktyabr ayında “şahzadə” titulu da daxil olmaqla bütün ünvanlarından məhrum edilib. Buna baxmayaraq, o hələ də taxtın səkkizinci varisi olaraq qalır.

19 fevral cümə axşamı günü vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılan Endryu 11 saat sonra azadlığa buraxılıb. Onun barəsində istintaq davam edir.

Endryu qarşısına qoyulan ittihamları qəti şəkildə rədd edir.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva



Paylaş
Şərh əlavə et