Bu gün:

Müdafiə rəhbərliyi HHM bölmələrinin döyüş hazırlığını yoxlayıb


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə hava hücumundan müdafiə üzrə hərbi hissədə döyüş növbətçiliyinin təşkili ilə tanış olublar.

24media.az bildirir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, nazir əvvəlcə komanda məntəqəsinə baxış keçirib, bölmələrin hazırkı vəziyyəti və icra olunan tapşırıqlarla bağlı komandir heyətinin məruzələrini dinləyib.

Səfər çərçivəsində rəhbərlik şəxsi heyətin hazırlıq məşğələlərinin gedişini də izləyib. Hərbçilərin peşəkarlıq səviyyəsi, nəzəri bilikləri praktikada tətbiq etmə bacarığı, eləcə də silah və texnikadan istifadə vərdişləri müsbət qiymətləndirilib.

General-polkovnik Zakir Həsənov yeni silah və texnikanın taktiki-texniki imkanlarının tam mənimsədilməsi, onların döyüş şəraitində səmərəli tətbiqi üçün şəxsi heyətin hazırlığının daha da artırılması barədə Hava Döyüş Komandanlığına göstərişlər verib.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et