Böyük Britaniya kral ailəsinin üzvü, keçmiş şahzadə Endryu "vəzifə səlahiyyətlərindən sui-istifadə" şübhəsi ilə polis tərəfindən saxlanılıb. Norfolk qraflığında yerləşən Aylşam Polis Bölməsindən çıxarkən görüntülənən 60 yaşlı şahzadə, ifadə verdikdən sonra istintaq altında sərbəst buraxılıb.

Kral III Çarlz qardaşının həbsi ilə bağlı açıqlama verərək "qanun öz işini görməlidir" və polisin bu prosesdə "onun tam və səmimi dəstəyinə" malik olduğunu bildirib.
Polis əvvəllər Şahzadə Endryunun mərhum seks cinayətkarı Ceffri Epstein ilə əlaqələri və məxfi sənədləri yaymaqda şübhəli bilindiyi iddiaları ilə bağlı araşdırmalara başlayacağını açıqlayıb. Məlumata görə, son həbs bu istiqamətdə aparılan istintaqın bir hissəsidir.
Şahzadə Endryu uzun müddətdir Epstein qalmaqalı səbəbilə ictimaiyyətin diqqət mərkəzindədir və əvvəllər kral vəzifələrindən kənarlaşdırılıb.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
