Bu gün:

Polşa Baş naziri Donald Tuskdan vətəndaşlarına İranı təcili tərk etmə çağırışı


Polşanın Baş naziri Donald Tusk ölkə vətəndaşlarına İranı dərhal tərk etmələri və bu ölkəyə səfər etməmələri ilə bağlı çağırış edib.

Polska Agencja Prasowa (PAP) agentliyinin məlumatına görə, Tusk jurnalistlərə açıqlamasında bildirib: “Xahiş edirəm, İranı dərhal tərk edin və heç bir halda bu ölkəyə səfər etməyin.”

Heç kəsi təşvişə salmaq istəmədiyini vurğulayan Baş nazir, lakin İranda silahlı qarşıdurma ehtimalının kifayət qədər real olduğunu qeyd edib və vətəndaşları bu xəbərdarlığı ciddi qəbul etməyə çağırıb.

Tusk əlavə edib ki, mümkün silahlı münaqişə halında Polşa vətəndaşlarının təxliyəsinə zəmanət vermək mümkün olmaya bilər.

O, əvvəlki illərdə edilən bəzi təxliyə xəbərdarlıqlarının lazımi səviyyədə nəzərə alınmadığını və bunun ciddi nəticələrə səbəb olduğunu da bildirib.

https://share.google/fT2BmudgwCgTmpH4N

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et