ABŞ‑nin Nyu‑York şəhərində keçirilən məşhur “New York Fashion Week”çərçivəsində Hindistanın aparıcı zinət əşyaları markası “CaratLane” ilk dəfə beynəlxalq podyumda öz kolleksiyasını təqdim edib. Bu, markanın qlobal səhnədə atdığı mühüm addım və Hindistan dizayn estetikası ilə sənətkarlığının beynəlxalq moda aləmində tanınması baxımından mühüm hadisədir.
Podyumda markanın altı məşhur kolleksiyasından seçilmiş səkkiz fərqli görünüş, o cümlədən “Polki, Sol, Sandook, Eternity, Butterfly və Peepal” adlı xəttlər nümayiş olunub. Bu kolleksiyalar təbii almazlarla işlənmiş zinət əşyalarını özündə birləşdirən müasir və ənənəvi elementlərin harmoniyasını əks etdirir.
Səhnədə altı beynəlxalq model podyumda yürüyüş edərkən, iki görünüş hindistanlı moda təsirçiləri - “Pooja Mundhra və Anahita Bhooshan”tərəfindən təqdim olunub, beləliklə çıxış daha geniş mədəni rezonans qazanıb.
Bu hadisə Hindistan brendlərinin təkcə yerli bazarda deyil, eyni zamanda beynəlxalq modada da öz yerini gücləndirdiyini göstərən mühüm hadisədir.
Mənbə: hospitalitynews.in
Tərcümə etdi: Şehrin Musayeva
