ABŞ Dövlət Katibi Marko Rubyo Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Avropaya səfər edib. O, çıxışı ərəfəsində beynəlxalq münasibətlərdə “yeni eranın” başladığını və bunun “həlledici an” olduğunu bildirib.

Rubyo konfransda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Bu, Prezident Donald Trampın Danimarkaya məxsus Qrenlandiyanı ilhaq edəcəyi ilə bağlı bəyanatından sonra keçirilən ilk genişmiqyaslı beynəlxalq tədbirdir.
Konfrans çərçivəsində Avropa liderlərinin mövqeyi də diqqət mərkəzindədir. Fransa Prezidenti Emmanuel Makron Avropanın ABŞ-dən asılılığı azaltması və müstəqilliyə hazırlaşmasının vacibliyini vurğulayıb. NATO-nun Baş Katibi Mark Rütte isə transatlantik əlaqələrin həmişəki kimi möhkəm və əhəmiyyətli olduğunu bildirib.
Cümə günü başlayan konfransda əsas müzakirə mövzuları Ukraynadakı müharibə, Çinlə gərginlik və ABŞ-İran arasında potensial nüvə sazişi olacaq.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
