ABŞ prezidenti Donald Tramp 2009-cu ildə Barak Obama dövründə qəbul olunmuş və çirklənmənin insan sağlamlığına təhlükə yaratdığını təsdiqləyən qərarı ləğv edib. Bu sənəd illərdir ölkədə zərərli qaz tullantılarının azaldılması üçün əsas hüquqi baza olub.

Tramp addımı demokratların iqlim siyasəti üzərində siyasi qələbə kimi qiymətləndirib və bunun enerji xərclərini azaldacağını bildirib. O, həmçinin Co Bayden dövründə elektrik avtomobillərinə verilən dövlət təşviqlərini tənqid edib.
Keçmiş prezident Barak Obama qərarı sərt tənqid edərək bunun iqlim dəyişikliyi ilə mübarizəni zəiflədəcəyini deyib. Tramp daha əvvəl də ABŞ-ni Paris İqlim Sazişindən çıxarmış və bu məsələ seçkilər ərəfəsində yenidən siyasi gündəmə gəlib.
Mütəxəssislər bildirirlər ki, qərarın ləğvi ölkənin istixana qazı tullantılarının azaldılması planlarına təsir göstərə bilər və iqlim mövzusu qarşıdakı seçkilərdə əsas müzakirə mövzularından biri ola bilər.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
