Bu gün:

Kanadanın Britaniya Kolumbiyası bölgəsində silahlı hücum


Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tumbler Ridge şəhərində orta məktəbə edilən silahlı hücumda 8 nəfər həyatını itirib, 25-dən çox şəxs yaralanıb.

Polis 18 yaşlı Cessi Van Rutselaar-ı hücumda şübhəli şəxs kimi müəyyən edib. Hadisə yerində şübhəlinin özünə vurduğu güllə yarası ilə öldüyü bildirilib.

Hücumun motivinin hələlik bilinmədiyi açıqlanıb.

Hadisə ilə əlaqəli olaraq yaxınlıqdakı bir evdə şübhəlinin 39 yaşlı anası və 11 yaşlı ögey qardaşının da ölü tapıldığı bildirilir.

Faciədən sonra Tumbler Ridge-in mərkəzi meydanında və Viktoriya şəhərindəki Britaniya Kolumbiyası Qanunvericilik Məclisi binası qarşısında yüzlərlə insan toplaşaraq anım mərasimi keçirib, qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Təhqiqat davam edir.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et