Suriya Müdafiə Nazirliyi ABŞ hərbçilərinin çıxarılmasının ardından Suriya ordusunun Tanef hərbi bazasını nəzarətə götürdüyünü açıqlayıb.

Yazılı açıqlamada bazaya nəzarətin Suriya və ABŞ tərəfləri arasında koordinasiya yolu ilə təmin edildiyi bildirilib. O həmçinin qeyd edib ki, Suriya ordusu İraq və İordaniya sərhədlərinə yerləşdirilməyə başlayıb.
ABŞ 2017 və 2018-ci illərdə genişləndirdiyi Tanef bazasından İordaniya sərhədi ilə Fərat çayı arasındakı yüzlərlə kilometrlik ərazidə İranın dəstəklədiyi qruplaşmaların və İŞİD terror təşkilatının hərbi fəaliyyətlərini bazadan atılan müşahidə balonları vasitəsilə izləmək üçün istifadə edib. ABŞ-nin Tanef bazasından İordaniya sərhədləri daxilində bazadan 22 kilometr uzaqlıqda yerləşən Tower 22 bazasına çəkildiyi bildirilib.
Mənbə: Hürriyet
Tərcümə etdi: Banuçiçək Qurbanova
