Fransa Prezidenti Emmanüel Makron Avropanın dünya səhnəsində daha fəal çıxış etməli olduğunu bildirib. Onun fikrincə, qitənin "güc" kimi davranmağa başlamalı vaxtıdır.

Çin, Rusiya və ABŞ-dən gələn təhlükələr fonunda Makron Avropa ölkələrinə "oyanış çağırışı" ilə müraciət edib. O, bir qrup Avropa qəzeti ilə müsahibəsində deyib: "Biz güc olmağa hazırıqmı? Bu sual iqtisadiyyat, maliyyə, müdafiə və təhlükəsizlik, həmçinin demokratik sistemlər sahəsində aktuallaşır".
Fransa liderinin bu çağırışı Avropanın dünya siyasətində müstəqil mövqe tutmaq cəhdləri kontekstində qiymətləndirilir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
