Bu gün:

Epşteyn mövsuzunda Kral III Çarlz polisə dəstəyə hazır olduğunu açıqlayıb


Böyük Britaniya Kralı III Çarlz Epşteyn qalmaqalı ilə bağlı qardaşı Endryu Mauntbatten-Vindzor ətrafında yayılan son iddialara ilk rəsmi münasibətini bildirib. Bukingem Sarayı açıqlamasında qeyd edib ki, polis orqanları müraciət edərsə, Saray onlara tam dəstək göstərməyə hazırdır.

Açıqlamada vurğulanıb ki, səsləndirilən konkret ittihamlar Endryunun özü tərəfindən cavablandırılmalıdır. Bununla yanaşı, Temz Velli Polisi anti-monarxiya yönlü “Respublik” qrupunun Endryu barəsində etdiyi şikayəti qiymətləndirir. Şikayətdə onun vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sirlərin pozulmasında şübhəli bilindiyi bildirilib.


Yeni yayımlanan Epşteyn sənədlərində Endryunun 2010-cu ildə Sinqapur, Honq Konq və Vyetnama rəsmi səfərlərlə bağlı məxfi hesabatları Epşteynlə paylaşdığına dair yazışmaların olduğu iddia edilir. Həmin sənədlərdə Əfqanıstandakı investisiya imkanları ilə bağlı “məxfi” qeydlərin də ötürüldüyü göstərilir. Qaydalara əsasən, rəsmi səfərlərlə bağlı bu cür məlumatlar gizli saxlanılmalıdır.


Bukingem Sarayı bildirib ki, Kral və Kraliçanın düşüncələri bütün zorakılıq və istismar qurbanları ilədir. Endryu isə ittihamları qəti şəkildə rədd edir və Epşteyn sənədlərində adının çəkilməsinin hər hansı hüquqi pozuntunun sübutu olmadığını vurğulayır.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et