Hong Konqun tanınmış demokratiya fəalı və media maqnatı Cimmi Lay şəhərin mübahisəli milli təhlükəsizlik qanunu ilə xarici qüvvələrlə əlaqədə olmaqda ittiham edilərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri bu qərarı 78 yaşlı Lay üçün "ölüm cəzası" adlandırıblar. Onun ailəsi sağlamlığı ilə bağlı narahatlıq ifadə edir. Lakin Hong Konqun rəhbəri qərarı "dərin məmnunluq doğuran qərar" adlandırıb.
Bu 2019-cu ildə azadlıq tələbi ilə keçirilən geniş etiraz aksiyalarından sonra Çin tərəfindən tətbiq edilən və şəhərin sabitliyi üçün zəruri olduğu bildirilən qanunla indiyə qədər verilən ən ağır cəzadır.
Britaniya vətəndaşı olan Lay bu qanunla həbs olunan yüzlərlə şəxslərin arasında ən görkəmli şəxsdir. Çinin qəti tənqidçisi olan Lay "Apple Daily" qəzetini etiraz aləti kimi istifadə edib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
