Rusiya hərbiyyəsinin yüksək rütbəli generalı Moskvada bir neçə dəfə atəş açılaraq yaralanıb.
General-leytenant Vladimir Alekseyev şəhərin şimal-qərb kənarındakı yaşayış binasında baş verən hücumdan dərhal sonra xəstəxanaya aparılıb və vəziyyəti məlum deyil.
Qeyd edək ki, Alekseyev Rusiya Baş Kəşfiyyat İdarəsinin iki nömrəli şəxsidir. O, Ukraynaya tammiqyaslı müdaxilənin təxminən dörd il əvvəl başlamasından bəri paytaxtda hədəf alınan ən son yüksək rütbəli hərbi fiqurdur.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
