Əyləncə dünyasında otuz ildən artıq fasilədən sonra Robbie Williams yenidən səhnələrə qayıdıb və uğurunu qeyd etməyə hazırdır.

Onun yeni “Britpop” albomu The Beatles qrupuna məxsus əvvəlki rekordu geridə qoyaraq müğənninin 16-cı dəfə siyahılarda birinci olması ilə nəticələnib. Bu həftə start götürən “Long 90s” turnesi ilə paralel olaraq Williams bu uğurun dadını çıxarmağa çalışır.
“Məncə, britaniyalılar olaraq öz uğurumuzu kiçiltməkdə, onu alt-üst etməkdə və özümüzü devalvasiya etməkdə çox bacarıqlıyıq,” deyə o, BBC News-a bildirib. “Bu, bizim ən yaxşı etdiyimiz şeydir və bir çox mənada güclü olmağımızın səbəbi də budur. Amma bu dəfə istəyirəm ki, uğur həqiqətən içimə hopsun və mən onun tam mərkəzində dayanım.” Turne, onun solo karyerasının ilk illərində olduğu kimi, daha kiçik məkanlarda keçiriləcək. 51 yaşlı müğənni qeyd edir ki, “Britpop” albomu Take That qrupundan ayrıldıqdan sonra yaratmaq istədiyi musiqinin təcəssümüdür.
Alboma keçmiş qrup yoldaşı Gary Barlow, Supergrass qrupundan Gaz Coombes və Black Sabbathgitaristi Tony Iommi ilə əməkdaşlıqlar da daxildir. Bununla belə, Williams Britpop dövrünə qarışıq hisslərlə baxır: bu dövr ona böyük peşəkar uğur qazandırsa da, eyni zamanda dərin depressiya ilə yadda qalıb.
“Mən ağır ruhi xəstəlik və depressiya içində idim. Belə vəziyyətdə olan insan başına gələn yaxşı hadisələrdən sevinc hiss edə bilmir. Çox möhtəşəm şeylər baş verirdi, amma mən onların heç birini hiss etmirdim,” deyə o xatırlayır. “İndi isə geriyə baxıb düşünürəm ki, nə möhtəşəm onillik idi. Populyar mədəniyyət üçün bəlkə də son həqiqətən rəngarəng dövr idi. 2007 ilə 2023 arasındakı fərqi seçmək çətindir, amma 50-ci, 60-cı, 70-ci, 80-ci və 90-cı illər özünəməxsusdur. Mən də 90-cı illərə kinayəli bir təbəssümlə baxıb deyirəm: bu, pis vaxt keçirmək üçün möhtəşəm bir dövr idi. ”Robbie Williams keçmişdə səhnə qorxusundan əziyyət çəkdiyini, səhnəyə çıxmazdan əvvəl ciddi panika yaşadığını da açıq şəkildə etiraf edib. O bildirir ki, 2012-ci ildə dünyaya gələn ilk övladı, qızı Teodora (Teddy), onun həyatında dönüş nöqtəsi olub.
“Hər şey yerinə oturdu. Dünya məntiqli görünməyə başladı, çünki mən məsuliyyətdən qaçmaq əvəzinə ona doğru qaçmalı oldum. Həyat mənim ətrafımda fırlanmağı dayandırıb dəyərli bir canla bağlı olanda, dünyanın ən gözəl işinə sahib olduğumu anladım.”
Mənbə:BBC
Tərcümə edən:Aişə Əlizadə
