Bu gün:

Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gəlir


Kommunikasiya direktoru Burhanəddin Duran Yunanıstanın baş naziri Kiriakos Miçotakisin prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 11-də Türkiyəyə rəsmi səfər edəcəyini açıqlayıb.



Kommunikasiyalar direktoru Burhanəddin Duran sosial media hesabında Yunanıstanın Baş naziri Kiriyakos Miçotakisin Türkiyə–Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı toplantısında iştirak etmək üçün Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcəyini açıqlayıb.

Kommunikasiyalar direktoru Duran paylaşımında bunları qeyd edib:

“Prezident Rəcəb Tayyib Ərdoğanın və Yunanıstanın Baş nazirinin sədrliyi ilə əlaqədar nazirlərin iştirakı ilə Ankarada keçiriləcək Şura toplantısında Türkiyə–Yunanıstan münasibətləri bütün aspektlər üzrə nəzərdən keçiriləcək, iki qonşu ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq. Müzakirələr zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması gözlənilir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə dair müxtəlif sənədlərin imzalanması da nəzərdə tutulur”.


Mənbə: TRT haber

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et