ABŞ-nin tanınmış televiziya aparıcısı Savannah Qatri Arizona ştatındakı evindən keçən həftə sonu gecə yarısı itkin düşən 84 yaşlı anası, Nensi Qatri üçün kədərli bir video mesaj yayıb.

NBC-də aparıcılıq edən Qatri İnstaqramda yerləşdirdiyi videoda qardaşları ilə birlikdə görünərək "Sizdən xəbər almaq istəyirik və sizi dinilməyə hazırıq. Bizimlə əlaqə saxlayın" deyərək qaçıranlardan anasının sağ olduğuna dair dəlil tələb edib.
Yerli rəsmilər Nensi Qatrinin oğurlanmasından şübhələndiklərini və Federal Təhqiqat Bürosu (FBI) ilə əməkdaşlıq etdiklərini bildiriblər.
Hadisə ilə bağlı araşdırma davam edir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
