Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin enerji sektorunu hədəf alan genişmiqyaslı Rusiya hücumlarından sonra paytaxt Kiyevdə elektrik enerjisinin bərpası üçün 200-dən çox təmir dəstəsi çalışır.

Zelenskinin sözlərinə görə, paytaxtda 1100-dən çox mənzil binası hələ də elektrik enerjisindən məhrumdur. O, həmçinin ölkənin digər təsirlənmiş bölgələrində icmaları dəstəkləmək barədə rəsmilərlə danışdığını da əlavə edib.
ABŞ Prezidenti Donald Trampın Vladimir Putindən Ukraynanı şiddətli soyuğun bürüdüyü dövrdə bir həftəlik fasiləyə riayət etməsini xahiş etməsindən sonra Rusiya hücumlarını qısa müddətlik dayandırsa da, son günlərdə yenidən bərpa edib.
Eyni zamanda, ABŞ, Ukrayna və Rusiya rəsmiləri sülh planının təfərrüatlarını müzakirə etmək üçün yenidən Əbu-Dabidə görüşürlər.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
