Bu gün:

Pokemon Go fevral ayını böyük tədbirlərlə qarşılayır


2026-cı ilin fevral ayında Pokemon GO oyunçularını bir sıra maraqlı və yeniliklərlə zəngin tədbirlər gözləyir.

Ay ərzində xüsusi mövzulu hadisələr, yeni Pokemonların oyuna əlavə olunması və müxtəlif bonuslar nəzərdə tutulub.

Fevralın əvvəlində keçirilən tədbirlər çərçivəsində müəyyən Pokemonlar daha tez-tez görünür, onların parlaq versiyalarını tutmaq şansı artırılır. Oyunçular üçün xüsusi tapşırıqlar, kolleksiya çağırışları və əlavə mükafatlar təqdim olunur.

Ayın ortasında sevgililər gününə həsr olunan tədbir zamanı hədiyyələrdən daha çox mükafat qazanmaq, eləcə də təcrübə xalları və ulduz tozu bonusları əldə etmək mümkün olacaq. Bu mərhələdə bəzi Pokemon növləri oyunda daha aktiv görünəcək.

Fevralın ikinci yarısında isə Çin Yeni ili münasibətilə xüsusi tədbir keçirilir. Bu müddətdə ticarət zamanı üstünlüklər tətbiq olunur və nadir Pokemonlarla qarşılaşma ehtimalı yüksəlir.

Ayın ən diqqətçəkən hadisəsi Pokemon GO Tour Kalos tədbiridir. Qlobal miqyasda keçiriləcək bu tədbir zamanı Kalos bölgəsinə aid Pokemonlar ön plana çıxacaq və bəzi nadir növlər ilk dəfə oyunçular üçün əlçatan olacaq.

Ümumilikdə fevral ayı Pokemon GO üçün dinamik və əyləncəli keçəcək. Tədbirlər həm yeni, həm də təcrübəli oyunçular üçün oyuna marağı daha da artıracaq.

Mənbə: Pokemongohub.net

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et