İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə silahına sahib olmayacağına zəmanət verən ədalətli bir razılaşmaya tərəfdar olduğunu bildirərək deyib: "Prezident Tramp nüvə silahının lazım olmadığını söylədi və biz onunla tamamilə razıyıq. Razılaşma yalnız nüvə sahəsində mümkündür".

Əraqçi bildirib ki, İran uran zənginləşdirmə fəaliyyətlərini dinc məqsədlər üçün davam etdirərsə, bütün detalları müzakirə etməyə hazırdır.
Əraqçi ölkənin 2015-ci ildə ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya ilə imzalanmış və ABŞ-nin 2018-ci ildə çıxdığı nüvə müqaviləsindən qaynaqlanan etimad problemi olduğunu vurğulayıb. O, "ABŞ heç bir səbəb göstərmədən müqavilədən çıxdı. Keçən il, danışıqlar aparmaq qərarına gəldiyimiz bir vaxtda bizə hücum edildi. Buna görə də ABŞ-yə olan etimadımızı itirdik",- deyə qeyd edib
Tərcümə etdi: Aygül Alıyeva
Mənbə: Habertürk
https://m.haberturk.com/iran-nukleer-alanda-anlasmak-mumkun-3858222
