Bu gün:

Aİ ilə Azərbaycan arasında regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub


24media.az Report-a istinadən xəbər verir ki, Azərbaycan və Avropa İttifaqı arasında regional bağlantılar, iqtisadi əməkdaşlıq və tərəfdaşlıq məsələləri müzakirə olunub.


Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Aİ-nin Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüşündə tərəflər iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərini, o cümlədən Azərbaycanın regional nəqliyyat və əlaqəlilik təşəbbüslərinə Aİ-nin dəstək imkanlarını müzakirə ediblər. 

Görüş zamanı Azərbaycan və Aİ arasında ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin Aİ ilə əlaqələrin möhkəmləndirilməsi, regional inkişaf və qarşılıqlı strateji maraqların gücləndirilməsi əsas müzakirə mövzuları olub.

Səidə Abasova

Paylaş
Şərh əlavə et