Bu gün:

İsrail Qəzza ilə Rəfah sərhəd-keçid məntəqəsini açıb


İsrail Qəzza ilə Misir arasında iki ildir bağlı olan Rəfah sərhəd keçid məntəqəsini pilot olaraq yenidən açıb. Qeyd olunub ki, Misir və İsrail arasında koordinasiyalı səylər nəticəsində sərhəd keçidləri asanlaşdırılacaq.



İsrail mediası xəbər verir ki, Qəzza zolağının dünyaya açılan qapısı olan və Misir sərhədində yerləşən Rəfah sərhəd keçid məntəqəsi “sınaq” əsasında açılıb. İsrail mətbuatı Rəfah keçidinin yalnız bu gün sınaq üçün açıldığını, piyada keçidlərinin isə sabahdan başlayacağını bildirib. Sabahdan etibarən hər gün 150 nəfər Qəzzanı tərk edəcək, 50 nəfər geri qayıdacaq, məhdud sayda insanın keçidinə icazə veriləcək. Misirdən gələn humanitar yardım maşınlarının Rəfah keçidi vasitəsilə Qəzzaya daxil olmasına icazə verilməyəcək.

İsrailin Kanal 12 televiziyası Qəzzaya giriş və çıxışın Misirlə koordinasiya yolu ilə mümkün olacağını, Misirin təsdiq üçün 24 saat əvvəldən İsrailə sərhədi keçməsinə icazə verilənlərin siyahısını təqdim etməsi və İsrailin Avropa Birliyinin Rəfah Sərhəd Yardım Missiyasının (EUBAM Rafah) yerləşdiyi keçid məntəqəsinə çatmazdan əvvəl təhlükəsizlik yoxlaması keçirdiyini bildirib.

HƏMAS və İsrail arasında oktyabrın 10-da başlayan atəşkəs razılaşmasına əsasən, İsrail ordusu Qəzza zolağında sərhəd keçidinin də daxil olduğu "Sarı Xətt" kimi tanınan Rəfah bölgəsini işğal edir. İsrailin 2024-cü ilin may ayından etibarən bağlı və nəzarətində saxladığı Rəfah sərhəd keçid məntəqəsinin açılması və razılaşdırılan miqdarda humanitar yardımın ölkəyə girişinə icazə verilməsi də sazişin birinci mərhələsində götürdüyü öhdəliklər arasında idi. İsrail isə Rafah sərhəd-keçid məntəqəsinin yalnız piyadaların hərəkəti üçün açılacağını bildirərək sazişin birinci mərhələsində üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina edib.


Mənbə: Hürriyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et