2025-ci ilin sonunda ölkədə televiziya, radio, sifarişli yayım və retranslyasiya xidmətləri daxil olmaqla ümumilikdə 92 audiovizual media subyekti fəaliyyət göstərib.
24media.az bildirir ki, bu məlumat Audiovizual Şuranın illik hesabatında yer alıb.
Hesabata əsasən, ölkədə qeydiyyatda olan 92 media subyektinin tərkibi müxtəlif istiqamətləri əhatə edir: 47 televizya redaksiyası (kanal), 23 radio redaksiyası (kanal), 6 sifarişli yayım xidməti, 49 retranslyasiya operatoru.
Lisenziyaların bölgüsü də açıqlanıb. Mərkəzləşdirilmiş siyahıya görə, ölkədə: 11 ümumölkə televiziya yayımçısı,
– 10 regional televiziya yayımçısı (onlardan biri Naxçıvan MR daxilində),
– 19 ümumölkə radio yayımçısı,
– 4 regional radio yayımçısı (biri Naxçıvanda),
– 13 peyk vasitəsilə yayımlanan platforma yayımçısı,
– 24 peyk yayımı olmayan platforma yayımçısı,
– 6 sifarişli yayım provayderi,
– 38 universal platforma operatoru,
– 9 sadə platforma operatoru
və 2 multipleks operatoru fəaliyyət göstərir.
Bununla yanaşı, Audiovizual Şura beynəlxalq əməkdaşlıq çərçivəsində digər ölkələrin media tənzimləyici orqanları ilə əlaqələr qurur və təcrübə mübadiləsi aparır, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, Moldova və Mərkəzi Asiya dövlətlərinin müvafiq qurumları ilə işlər həyata keçirilir.
Aytac Musayeva
