Bu gün:

İspaniya Bakıda institusional fəaliyyətini genişləndirməyə hazırdır


Bunu İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə Bakıda keçirdikləri birgə mətbuat konfransında bildirib.

24media.az bildirir ki, bunu İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə Bakıda keçirdikləri birgə mətbuat konfransında bildirib.

Armenqolun sözlərinə görə, Madrid rəsmi olaraq Bakıdakı institusional iştirakını daha da gücləndirmək niyyətindədir.

O, həmçinin vurğulayıb ki, hər iki ölkə əməkdaşlığın daha da dərinləşməsi üçün lazım olan şəraitin formalaşdırılması istiqamətində birgə səylər göstərir.

İspaniya parlament rəhbəri əlavə edib ki, ikitərəfli əlaqələr ciddi iqtisadi və ticarət potensialına malikdir və son dövrdə iki ölkə arasında strateji iqtisadi dialoqun başlaması münasibətlərə yeni dinamika qatıb.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et