Bu gün:

İspaniyada qatar qəzası baş verib


Madridə yönələn yüksək sürətli qatar relsdən çıxaraq qarşı istiqamətdə gələn başqa bir qatar ilə toqquşub. Qəzada ən azı 39 nəfərin həyatını itirdiyi bildirilir.

Qəza bazar günü yerli vaxtla 19:45 radələrində Adamuz yaxınlığında baş verib. Zərərin böyük hissəsi Madriddən Huelvaya cənub istiqamətində hərəkət edən ikinci qatarın ön vaqonlarında olub.

Qatarda sərnişin olan bir şəxs yerli mediaya "təkan hiss etdiyini" və "bütün qatarın parçalanacağı hissinə qapıldığını" ifadə edib.

Nəqliyyat Naziri Oskar Pvente qəzanın düz bir xətt hissəsində baş verməsini "son dərəcə qəribə" adlandırıb. Dəmiryol şirkəti İryo isə 2022-ci ildə istehsal olunan və "nisbətən yeni" sayılan Madrid qatarının dörd gün əvvəl yoxlanıldığını açıqlayıb.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et