Bu gün:

İndoneziyada 10 nəfəri daşıyan təyyarə itkin düşüb


İndoneziyanın Cənubi Sulavesi əyalətində 7 ekipaj üzvü də daxil olmaqla 10 nəfəri daşıyan təyyarə ilə əlaqə kəsilib, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Antara xəbər agentliyinin məlumatına görə, İndoneziya Hava Nəqliyyatı şirkətinə məxsus ATR 42-500 tipli təyyarənin siqnalı Maros bölgəsi üzərində itib.

Səlahiyyətli qurumlar ilkin ehtimala əsasən, hadisənin əlverişsiz hava şəraiti ilə əlaqəli ola biləcəyini bildiriblər.

Mülki Aviasiya Baş İdarəsi təyyarənin tapılması üçün axtarış əməliyyatlarının başladığını və aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə iş aparıldığını açıqlayıb.

https://share.google/6M2tIFUqnpLKmEm2k

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et