ABŞ Dövlət Katibi Marko Rubio və Böyük Britaniyanın keçmiş baş naziri Ser Toni Bler Tramp administrasiyası tərəfindən Qəzzada yaradılacaq "Sülh Şurası"nın ilk üzvləri təyin edilib.

Ağ Evdən əldə edilən bəyanata görə, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Carred Kuşner də şuranın "təsisedici icra heyətində" yer alacaqlar.
Şuranın sədri isə Donald Tramp olacaq. Bu qurum İsrail və Həmas arasındakı müharibəni dayandırmaq üçün Trampın 20 bəndlik planının bir hissəsini təşkil edir.
Gözlənilir ki, şura müvəqqəti olaraq Qəzzanın idarə edilməsinə nəzarət və bölgənin yenidən qurulması prosesinə rəhbərlik edəcək.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
