ABŞ prezidenti Donald Tramp prezident Ərdoğanı Qəzza Sülh Komitəsinin qurucu üzvü olmağa dəvət edib.

Prezidentin Kommunikasiyalar Direktoru Burhanəddin Duran xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2803 saylı qətnamə ilə ABŞ prezidenti Donald Trampın elan etdiyi Qəzza Münaqişəsinin Bitməsi üçün Hərtərəfli Planı dəstəkləməyə qərar verib.
Bu kontekstdə Sülh Şurasının və onun Qəzzada təhlükəsizliyin təmin edilməsi və yenidən qurulmasına cavabdeh qurumlarının yaradıldığını bildirən Duran, “16 yanvar 2026-cı ildə ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının qurucu sədri kimi məktub göndərərək prezident cənab Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasının qurucu üzvü kimi iştirak etməyə dəvət edib".
Mənbə: TRT haber
Tərcümə etdi: Banuçiçək Qurbanova
