Paris şəhərində 6 yanvar tarixində keçirilən Könüllülər Koalisiyası toplantısı Ukrayna–Rusiya müharibəsinin mümkün razılaşma ilə başa çatması halında həyata keçiriləcək təhlükəsizlik tədbirləri ilə bağlı mühüm nəticələr ortaya qoyub.
Toplantıda Fransa və Böyük Britaniya quru qüvvələri göndərməyi öhdəsinə götürərkən, Türkiyənin Qara dənizin təhlükəsizliyi üzrə lider ölkə mövqeyi bir daha vurğulanıb.
Müzakirələrə görə, Türk Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi altında xüsusi bir missiyanın yaradılması nəzərdə tutulur. Bu missiyanın Qara dənizdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməsi və mümkün atəşkəs rejiminə nəzarət etməsi gözlənilir.
Rəsmi Ankara Qara dənizin təhlükəsizliyini özünün “strateji prioriteti” kimi qiymətləndirir.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
