Qəzzada davam edən ağır humanitar böhran qışın sərt hava şəraiti ilə daha da dərinləşib. İsrailin bölgəyə tətbiq etdiyi blokada və humanitar yardımların məhdudlaşdırılması əhalinin əsas ehtiyaclara çıxışını çətinləşdirib. Bu şəraitdə ən həssas qruplar, xüsusilə körpələr və uşaqlar ciddi risk altındadır.
Deyr əl-Bələh şəhərində 7 günlük bir körpə dondurucu soyuq səbəbindən həyatını itirib. Tibbi mənbələr bildirib ki, şiddətli soyuq hava dalğası nəticəsində ölənlərin sayı 15-i keçib və onların əksəriyyəti uşaqlardır. Köçkün ailələr istilik və qorunma imkanları olmayan yararsız çadırlarda yaşamaq məcburiyyətində qalıb. Yanacaq girişinin əngəllənməsi istilik və səhiyyə xidmətlərində ciddi çatışmazlıqlara səbəb olub. Atəşkəsə baxmayaraq, yardım axınının məhdud qalması böhranı aradan qaldırmıyıb. Mövcud vəziyyət xüsusilə körpələr, uşaqlar və xəstələr üçün həyati təhlükə yaratmaqda davam edir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
