Bu gün:

20 ildən sonra yenidən tapılan balıq elm dünyasını sevindirib


Uzun müddətdir təbii yaşayış yerində görünməyən Moema claudiae adlı kiçik mövsümi balıq 20 ildən çox fasilədən sonra yenidən aşkarlanıb. Rivulaceae ailəsinə aid olan və nəsli kəsilmiş hesab edilən növ Cənubi Amerikada kiçik bir meşədə yerləşən müvəqqəti yağış gölməçəsində tapılıb.

Onilliklər boyu axtarışlara baxmayaraq balığın izinə rast gəlinmədiyi üçün Moema claudiae “təhlükə altında” kimi qiymətləndirilib. Nature Conservation jurnalında dərc olunan yeni araşdırmada tədqiqatçılar Heinz Arno Drauert və Thomas Otto Litz balığın kiçik bir populyasiyasının hələ də yaşadığını göstəriblər. Litz bunu “xüsusi bir an” adlandıraraq növün qorunması üçün ümid yarandığını bildirib.

Balığın yaşam dövrü olduqca özəldir. Yağışlı mövsümdə müvəqqəti gölməçələrdə çoxalır, yumurtalarını palçığa qoyur və bu yumurtalar quraqlığa davam gətirərək növbəti yağış mövsümündə yenidən inkişaf edir. Boliviyada son 25 ildə 10 milyon hektar meşə sahəsinin itirilməsi növün yaşayış yerlərini təhlükə altına salır. Buna görə Moema claudiae ekosistemin vəziyyətini göstərən “ekoloji göstərici növ” kimi qiymətləndirilir.

Yenidən kəşf edilən bu növ həm ekosistemin mövcud vəziyyətini anlamaq, həm də növlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: Sözcü

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et