Bu gün:

Dəniz canavarlarının sirri üzə çıxıb


Britaniya Kolumbiyasında illərlə sirr qalan zədələnmiş xərçəng tələlərinin səbəbi müəyyən olub. Kameralar dəniz canavarlarının tələləri dərinlikdən çıxarıb sahilə sürüklədiyini göstərib.

Britaniya Kolumbiyasında tədqiqatçılar zədələnmiş tələlərin sirrini tapmaq üçün kamera yerləşdirib və dəniz canavarlarını hadisə yerində tutub. Görünməz əllər tərəfindən sahilə çəkilib çıxarılmış xərçəng tələləri qəribə diş izləri ilə zədələnib. İçindəki yem isə yoxa çıxıb.

Britaniya Kolumbiyasının uzaq bir guşəsində tədqiqatçıları düşündürən bunu kimin etməsi olub. Günahkar uzaqdan çəkiliş edən kamera tərəfindən aşkar edilib.

Tədqiqatçılar açıqlayıb ki, hiyləgər dəniz canavarları tələləri çıxarıb, dibə üzüb üzən işarəni (float) dişləri ilə tutub, ipi ardıcıl və məqsədyönlü dartışlarla sahilə sürüyüb çıxarıb. Ekoloq Kayl Artell bu davranışı “son dərəcə səmərəli və fokuslanmış” kimi xarakterizə edib.

Bu heyrətamiz kəşf  və mümkün alət istifadəsi canavar zəkası haqqında anlayışı genişləndirib və yırtıcılarla insanların birgə yaşadığı mühitdə ortaya çıxan qeyri-adi hadisəni üzə çıxarıb.

Artell və həmmüəllif Pol Paketin tapıntıları "Ecology and Evolution" jurnalında dərc olunub və Britaniya Kolumbiyasındakı Heiltsuk Birinci Milləti ilə yaxın əməkdaşlığın nəticəsi olub.

Bella icması on ildən artıqdır Avropa yaşıl xərçəngi ilə mübarizə aparır. Bu xərçənglər əvvəl Kaliforniyadan gətirilib, şimal tərəfə yayılaraq midyə yataqlarını və balıq sığınacaqlarını məhv edib. Heiltsuk bölgəsindəki toksik dizel sızması isə onların daha asan çoxalmasına şərait yaradıb.

Yayılmanı zəiflətmək üçün aparılan monitorinq proqramının bir hissəsi kimi, Hailzaqv qoruyucuları xüsusi hazırlanmış tələləri dayaz sahil zonasında yerləşdirib. Onlar həmçinin dərin suya da tələ atıb və yerləri parlaq rəngli üzən işarələrlə nişanlayıb.

Lakin 2023-cü ildən etibarən komanda bir sıra tələlərin diş izləri ilə zədələnmiş olduğunu görüb.

“Biz düşündük ki, qurdlar və ya ayılar bu tələləri dağıdıb, çünki suyun çəkildiyi vaxt onlar asanlıqla çata bilər”, - deyə Artell bildirib. 

Başlanğıcda suitilər şübhəli hesablanıb. Lakin tədqiqatçılar kamera yerləşdirdikdən sonra bir illik sirrə son qoyublar.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et