Bu gün:

"Eyni WhatsApp hesabı 4 fərqli telefondan istifadə edilə biləcək!"


WhatsApp-ın yaxın bir zamanda çıxacaq yeni xüsusiyyəti ilə istifadəçilər tək bir WhatsApp hesabını eyni anda 4 telefonda istifadə edə biləcəklər.

Dünyanın ən çox istifadə edilən birbaşa mesajlaşma tətbiqi WhatsApp, yaxınlaşmaqda olan yeni bir Android beta versiyası xüsusiyyətini istifadəçilərinə çatdırdı. Hazırda beta versiyasında olan xüsusiyyət ilə bir WhatsApp hesabı 4 fərqli telefondan eyni anda istifadə edilə bilir. 

Ötən il "Çoxsaylı Cihaz" adlı bir xüsusiyyət yayımlayan WhatsApp, bu xüsusiyyətlə istifadəçilərin bir telefon və bir masaüstü və ya veb versiyası üzərindən sərbəst formada istifadə edilməsini təmin etdi. İndi də WhatsApp, bu "Çoxsaylı Cihaz" xüsusiyyətini genişləndirməyə çalışır. 

Son Android beta versiyasında çıxan bu xüsusiyyətini-bir hesabın dörd fərqli cihaza qoşulmasını təmin edəcəyini qeyd etdik. Əlavə edilmiş yeni cihazlar avtomatik olaraq sinxronlaşdırılacaq və beləliklə istifadəçilər heç bir mesajı gözdən qaçırmayacaq.

Bəs yeni WhatsApp 4 fərqli cihaz istifadəsi necə olacaq?

-İlkin olaraq, ikinci cihaza Whastsapp-ı yükləyin və əsas ekrana toxunun.

-"Bir cihaz əlaqələndirin"in üzərinə toxunun.

-Əsas cihazda "Qoşulmuş Cihazlar" menyusuna daxil olun.

-Əsas telefonunuzda "Cihazı əlaqələndirin"in üzərinə toxunun.

-İkinci cihaz ilə əsas cihazdan QR kodunu oxudun.

Artıq iki telefondan WhatsApp-a daxil ola bilərsiniz. Lazım gələrsə, üç və dörd telefonu da əlaqələndirə bilərsiniz. Ancaq hazırda bu versiya yalnız WhatsApp betada istifadə edilir. IPhone sahibləri və WhatsApp-ın digər versiyalarını istifadə edənlər rəsmi buraxılışına qədər gözləməli olacaqlar.


Mənbə: haberturk

Tərcümə etdi: Günel Məmmədova

 

Paylaş
Şərh əlavə et