Bu gün:

Şagirdlərə durğu işarələrinin düzgün yazılışını necə öyrətmək olar ?


Əvvəlcə, şagirdlərinizin diqqətini cəlb etmək üçün melodiyalardan istifadə edin. “Durğu işarəsi milləti” adlı mahnı sual, nida işarlərindən istifadə qaydasını izah edən əyləncəli bir mahnıdır.

 

Bir çox uşaqlar (və böyüklər) apostroflardan düzgün istifadə etməkdə çətinlik çəkirlər. Onlara bunu əyləncəli şəkildə öyrətmək üçün apostrof mahnısından və onun sözlərindən istifadə edin.

Keçən il Matthev Diks “Qrammatika rəqsi” adlı maraqlı mahnı yazıb. Onun sayəsində 6-cı sinif şagirdləri yazı, durğu və qrammatika testlərinə hazırlaşa biliblər.

Müəllim Cozef Donovan da “Böyük 12” durğu işarəsini (nöqtə, vergül, apostrof, nöqtəli vergül, nida, tire, mötərizə, defis, iki nöqtə, sual işarəsi və dırnaq işarəsi) izah edən qısa və faydalı durğu kartını bölüşüb.

1-ci sinifdə dərs deyirsiniz? O zaman durğu işarələri dünyasına başlamağın tam vaxtıdır. Nöqtə mövzusundakı interaktiv fəaliyyət bu işarənin əhəmiyyətini əla şəkildə nümayiş etdirir.

Nəhayət, öz durğu biliklərinin gücünü yoxlamaq istəyən müəllimlər üçün Qrammatika və durğu işarələri sınağına qatılmaq məsləhətdir.

Mənbə: The Guardian

Tərcümə etdi: Nərmin Məmmədzadə

Link: https://www.theguardian.com/teacher-network/teacher-blog/2013/dec/09/how-to-teach-punctuation-english

Paylaş
Şərh əlavə et