Bu gün:

Fizika üzrə Nobel mükafatı kvant tədqiqatçılarına verilib


2025-ci il üzrə Fizika üzrə Nobel mükafatı amerikalı alimlər Con Klark, Misel Devoret və Con Martinisə kvant tunelləşməsi sahəsindəki tədqiqatlarına görə təqdim olunub.

Alimlərin işi kvant mexanikasının tətbiqini genişləndirərək müasir rabitə və hesablama texnologiyalarının inkişafına töhfə verib. 

“Bu işin nəticələri gündəlik rabitədə, o cümlədən, mobil texnologiyalarda öz əksini tapır", –deyə Klark “Associated Press”ə açıqlamasında bildirib.

Qeyd edək ki, fizika üzrə Nobel mükafatının builki 119-cu təqdimatıdır.

Mənbə: AP

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et