Bu gün:

Qərbi Avstraliya məktəblərində müəllimlərə yeni təlimat


Qərbi Avstraliya əyalətinin dövlət məktəblərində çalışan müəllimlərə sinif müzakirələri zamanı şəxsi mövqelərini bölüşməmək barədə göstəriş verilib.

Yeni rəhbərlik sənədinə əsasən, müəllimlər dini, mədəni və ictimai ədalətlə bağlı qütblü mövzulara toxunarkən şəxsi baxışlarını ifadə etməməlidirlər. Təhsil qurumunun nümayəndələri bildiriblər ki, qərar şagirdlər arasında balanslı və neytral mühitin qorunmasına xidmət edir.


Rəsmi açıqlamaya görə, müəllimlərin tədris prosesində şəxsi düşüncələrini təqdim etməsi şagirdlərə təsir göstərə və təhsil prosesində obyektivliyi poza bilər. Yeni qaydalar gələcək dərs illərində bütün dövlət məktəblərində tətbiq olunacaq.


Mənbə: news.com.au

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et