Medianın İnkişafı Agentliyindən əldə edilmiş məlumata əsasən, 24media.az xəbər verir ki, “Visiting Lecturer” layihəsi çərçivəsində 2025-2026-cı tədris ili üçün dərslər start götürüb.

Dərslər “İnternet üçün yazı mədəniyyəti” və “Sosial media kommunikasiya strategiyaları” mövzularını əhatə edir və ABŞ, Çin və digər ölkələrdə təcrübəsi olan Dr. Tiffany J. Bell tərəfindən keçirilir. Seminar zamanı rəqəmsal mühitdə yazı üslubu, onlayn auditoriya ilə effektiv ünsiyyət və sosial mediada kommunikasiya strategiyaları müzakirə olunub.
Layihə bütün ali təhsil müəssisələrinin jurnalistika tələbələrini əhatə edir və açıq qeydiyyat əsasında müxtəlif seminar və vərkşopların keçirilməsi nəzərdə tutulub.
Arzu Qafarova
