Bakı Slavyan Universitetində (BSU) II Beynəlxalq Balkanşünaslıq Konfransı təşkil olunub. Tədbirdə Balkan araşdırmaları sahəsində tanınmış alim və tədqiqatçılar iştirak ediblər.
Konfrans Balkan xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi həyatı, həmçinin Azərbaycan-Balkan ölkələri münasibətlərinin müxtəlif aspektlərinin müzakirəsi üçün geniş elmi platforma yaradıb.
Konfransın məqsədlər:
• Azərbaycanda Balkanşünaslıq sahəsinin inkişafına töhfə vermək
• Balkan ölkələrində Azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatları elmi ictimaiyyətə təqdim etmək
Əsas istiqamətlər:
• Azərbaycanda Balkan, Balkan ölkələrində Azərbaycan tədqiqatları
• Balkan xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyası
• Balkan regionu geosiyasi məkan kimi
Konfransda BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin sədr müavini Rafael Hüseynov,energetika nazirinin müavini Elnur Soltanov və digər qonaqlar çıxış ediblər.
Hazırladı: Gülay Bədirli
