Daxili İşlər Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, general-polkovnik Vilayət Eyvazov sentyabrın 10-da respublikanın şəhər və rayon polis orqanlarında sıravi və kiçik rəis vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Bakı şəhərində keçirilən baxışda onlayn müraciət etmiş gənclərdən 180 nəfər növbəti mərhələyə seçilib, onlardan 19-u Vətən müharibəsi iştirakçısıdır. Nazir V.Eyvazov gənclərə gələcək xidmətlərində uğurlar arzulayıb və tövsiyələrini verib.
Arzu Qafarova
