Bu gün:

Avqust ayında 195-1 Çağrı Mərkəzinə rekord müraciət


İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, ay ərzində 43471 müraciətdən 40101-i canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə qeydə alınıb.

Müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, lisenziya, vergi, daşınmaz əmlakın qeydiyyatı və dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olub.

Daxil olan sorğuların böyük hissəsi cavablandırılıb, araşdırma tələb edənlər isə aidiyyəti qurumlara yönləndirilib. Vətəndaşlar ölkənin istənilən regionundan stasionar telefonla 195-1 Çağrı Mərkəzinə ödənişsiz zəng edə bilərlər.


Arzu Qafarova 


Paylaş
Şərh əlavə et